Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

"Zorla dini kəsimdən "radikal dindarlıq yaratmaq" istəyirlər"

İlahiyyatçı-Filosof Vüqar İsgəndərov Nicat Əliyevə verilən ağır cəzaya münasibət bildirib

İlahiyyatçı-Filosof Vüqar İsgəndərov İslamazeri.az-a bildirib ki, "Əlbəttə ki, bu xəbəri təəssüflə qarşılayırıq və sifarişli həbslər olduğu qənaətindəyik. Bu cəzalar fərdlər üçün ağır cəza olmaq ilə yanaşı, ölkədə din və dövlət münasibətlərinə də ağır zərbə vuran hadisədir. Bu artıq sübut olunub ki, ölkə dindarları Azərbaycanın dövlətçiliyini tam dəstəkləyirlər. Lakin hazır kı, hakimiyyətlə dini kəsim arasında mövcud bir soyuqluq hökm sürür. Bu buzların yalnız və yalnız dialoq vasitəsilə, heç bir tərəfin diqtə etməməsi şərtilə əridilməsinin tərəfindəyik. Ölkədə inanclı kəsimi təmsil edə biləcək çox hörmətli ziyalılar və ruhanilər var. Bu dialoq üçün zaman-zaman cəhdlərin şahidi olsaq da, belə qanunsuz həbslər, represiyalar, zor və hədələr münasibətlərə xələl gətirir. Zorla dini kəsimdən "radikal dindarlıq yaratmaq" istəyirlər. İnanıram ki, ölkənin və xalqın taleyinə biganə qalmayan qüvvələr tezliklə bədxahları məyus edə biləcəklər."
1737 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber