Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2015

Əliyev haqq sözü boğanları mükafatlandırdı

İ. Əliyev «siyasi məhbus» məsələsinin arxasında özünün durduğunu necə təsdiqlədi?

Heç kimə sirr deyil ki, bu ölkədə bütün sahələr hakimiyyətin nəzarətindədi və bütün qanunsuz işlər yuxarının sifarişi ilə həyata keçirilir. Xüsusən də siyasi həbslərdə, müxalif fikirli insanların məhkəmə proseslərində, bu adamlarla bağlı aparılan istintaqlarda açıq şəkildə hökumətin “ayaq izləri” görünür. Artıq elə bir “ənənə” yaranıb ki, hansısa müxalif fəal həbs olunanda hamı bilir ki, ya narkotika ya da xuliqanlıqda ittiham olunacaq. Sutkalıq həbslərdə isə “polisə müqavimət” ittihamı irəli sürülür.

Yəni hakimiyyətin şərləmək siyasəti hamıya məlumdu və günahsızların cəzalandırılması təbii hal alıb. Sentyabrın 30-da ölkə başçısının bir qrup prokurorluq əməkdaşını təltif etməsi də bu fikirləri bir daha təsdiqlədi.

Sərəncamda deyilir ki, onlar “Azərbaycanda qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizə aparılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə” təltif olunurlar.

Siyahıya nəzər salanda məlum olur ki, son illərdə Azərbaycandakı səs-küylü həbslərlə bağlı işlərin istintaqını aparmış müstəntiqlər də prezidentin diqqətinə layiq görülənlər sırasındadır. Belə ki, təltif olunanlar arasında Leyla Yunusun, Intiqam Əliyevin, Xədicə Ismayılın, Anar Məmmədlinin, Rauf Mirqədirovun, Hilal Məmmədovun və digər siyasi məhbusların işini aparan müstəntiqləri ölkə başçısı mükafatlandırıb. Hətta son günlər “Meydan.TV” əməkdaşlarını istintaqa cəlb edib dindirən müstəntiq də mükafatlananlar sırasındadır.

Göründüyü kimi, vicdanlı, günahsız, bütün dünyanın “vicdan məhbusu” kimi tanıdığı adamların şərlənməsində “canfəşanlıq” edənlərə ölkə başçısı stimul verib. Deməli, önəmli olan ədalətin təmin edilməsi, hüququn aliliyi, peşə fəaliyyətinin şərəflə yerinə yetirilməsi yox, hökumətin sifarişinin yerinə yetirilməsidir. Eyni zamanda ölkə başçısı bu adamları təltif etməklə, bütün prosesə birbaşa rəhbərlik etdiyini göstərdi.

Uzun illərdi bu ölkədə korrupsiyaya bulaşmış, yaltaqlıqda ad çıxarmış, hökumətin iyrənc ssenarilərini canlandıran adamlar mükafatlandırılır. Bu siyahıda məhkəmə hakimləri, müstəntiqlər isə ön sırada gəlir. Çünki, alternativ fikri boğmaq, tənqidi fikri sıradan çıxarmaq, cəmiyyətə həqiqəti çatdıranları zərərsizləşdirmək üçün məhkəmə-hüquq sistemi ən zəruri vasitədir. Hakimiyyət qanunsuz əməlləri ifşa edənləri, ictimailəşdirənləri hakimlərin, müstəntiqlərin əli ilə susdurur. Normal ölkədə isə belə təltiflər müstəqil və obyektiv araşdırmalara, məhkəmə hökmlərinə görə verilir.

Bir sözlə, İ. Əliyev bir daha mesaj verdi ki, vicdanlı insanların qondarma ittihamlarla həbs olunması qarşılıqsız qalmayacaq./azadlıq/
553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:54