Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2015

Bəşər Əsədin müşaviri: “Ruslar qalib olacaq”

Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban Rusiyanın həyata keçirdiyi hərbi hava əməliyyatlarının ölkəsindəki vəziyyəti stabilləşdirəcəyini qeyd edib.

Buseyna Şaban Rusiyanın İŞİD-ə qarşı mübarizədən qalib ayrılacağını deyib.

“Lakin bu, sadəcə İŞİD-ə qarşı deyil. İnsanların nə üçün Nüsrə Cəbhəsini unutduğunu anlamıram. BMT-də həm İŞİD, həm də Nüsrə Cəbhəsi terror təşkilatı olaraq təsdiqlənib. Bunlardan əlavə, Suriyada minlərlə terror qruplaşmaları var. Dünyanın dörd bir tərəfindən insanlar gəlib terrorçulara qoşulurlar”.

Şaban həmçinin Rusiyanın Homsda terrorçuları deyil, Qərbin dəstəklədiyi müxalifləri vurması fikrini inkar edib.

O, həmçinin ABŞ başçılığı ilə həyata keçirilən koalisiya qüvvələrinin hərbi əməliyyatların nəticəsiz olduğunu vurğulayıb./axar/
456 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...