Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Suriyaya silah daşınmasında türk jandarmının əli olub

Dünən Türkiyənin Adana vilayətində saxlanılan narkotik daşıyan TIR bir sıra sirləri üzə çıxarıb. «Milliyyət»in yazdığına görə, məlum olub ki, həmin TIR-dakı yüklər Suriyada fəaliyyət göstərən «Əl-Qaidə» təşkilatına aiddir. TIR-ın sürücüsü deyib ki, uzun müddətdir Suriya ilə Türkiyə arasında bu ticarətlə məşğuldurlar. Belə ki, «Əl-Qaidə» Suriyadan Türkiyəyə gətirdiyi narkotikin əvəzində silah-sursat alaraq geri qayıdırmış. Bu açıqlamadan sonra Türkiyə ictimaiyyəti uzun müddətdir belə bir ticarətə sərhəddə nəyə görə göz yumulduğunu soruşmağa başlayıb. Sürücü ilə aparılan istintaq danışıqlarında bəlli olub ki, narkotikin silah-sursata dəyişdirilməsi və sərhəddən keçirilməsi prosesində Türkiyə jandarmının böyük rolu varmış. Yəni jandarmın bəzi təmsilçiləri bu «ticarətin» ortağıdır.

O da məlum olub ki, Suriyaya aparılan silah-sursat Konya və Adanada istehsal olunurmuş və sonra da məhz bu TIR-la Suriyaya aparılıb «Əl- Qaidə»yə bağlı olan «Ən-Nusra»ya çatdırılırmış.
Xatırladaq ki, bir müddət əvvəl CXP lideri Kamal Kılıçdaroğlu da «Türkiyə jandarmının nəzarətində Suriyaya qaçaq yolla silah-sursat daşınıb» demişdi.
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58