Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2015

Rusiya İraqda da İŞİD-lə müharibəyə başlayacaq

İraqın baş naziri Heydər əl-İbadi ölkə ərazisində İŞİD terror qruplaşması ilə mübarizə üçün Rusiya və İranın iştirakı ilə koalisiyanın yaradılmasını təklif edib.

Baş nazir ABŞ-ın İŞİD-ə qarşı mübarizə üçün İraqa lazımı dəstək vermədiyini bildirib.

“Rusiya aviasiyasının İraq ərazisində İŞİD-ə qarşı əməliyyatlarda iştirakına hazırıq. Ancaq bu barədə prezident Vladimir Putinlə hələ müzakirə aparılmayıb”, - baş nazir söyləyib.

İraq baş nazirinin açıqlamasına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İlya Roqaçev bildirib ki, əgər müraciət daxil olarsa, Moskva Bağdadın hərbi kömək haqqında xahişini qiymətləndirəcək.

Qeyd edək ki, Rusiya sentyabrın 30-dan başlayaraq Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb. Bundan əvvəl isə Suriya prezidenti Bəşər Əsəd hərbi yardım haqqında Rusiya rəhbərliyinə müraciət edib./publika/
691 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP