Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2015

Prostat vəzi xəstəliklərinin qarşısını alan tərəvəz

Mətbəximizdə balqabaqdan hazırlanan yemək və şirniyyatların çeşidi elə də çox deyil. Halbuki insan orqanizminə inanılmaz dərəcədə faydalı olan bu tərəvəzə süfrələrimizdə daha çox yer verməliyik.

Balqabağın tərkibində bol nişasta, şəkər, yağ, sink, maqnezium, beta-karotin, A,B və C vitaminləri, amin turşuları var. Balqabaq dəmir, kalium, kalsium, fosfor kimi minerallarla da zəngindir. Elə buna görə də onlarla xəstəliyin çarəsidir.

Hansı orqanda yaranmasından asılı olmayaraq, bütün iltihabları sağaldır. Liflə zəngin olduğu üçün uzun müddət tox saxlayır və arıqlamağa kömək edir. Həzm sistemi ilə bağlı problemləri aradan qaldırır, qəbizliyin qarşısını alır. Balqabağın lətində və çəyirdəklərində olan A, E vitaminləri göz sağlamlığına müsbət təsir edir. Tərkibindəki beta-karotin sayəsində isə ürək xəstəliklərinin qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır. Orqanizmi mikroblardan mühafizə edir, immunitet sistemini gücləndirir. Sümükləri gücləndirir, qanazlığından əziyyət çəkənlərə kömək edir. Antioksidantlarla zəngin olduğu üçün bədənin xərçəngə qarşı müqavimətini gücləndirir. Orta yaşlı kişilərdə müşahidə edilən prostat vəzinin xəstəliklərinə qarşı təsirlidir. Mədə və prostat vəzinin xərçənginə yaxalanmaq riskini minimuma endirir. Sidikqovucudur. Bu xüsusiyyəti sayəsində orqanizmi toksinlərdən təmizləyir. Dəri hüceyrələrinin yenilənməsi prosesini sürətləndirir. Tərkibindəki sink saçların güclənməsini təmin edir və saç tökülməsini azaldır./publika/
604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber