Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Qaçırılan əsgərlərin buraxılma səbəbləri məlum oldu

Diyarbəkirin Licə rayonunda yolda maşınlar yoxlanılarkən qaçırılan və sonradan sərbəst buraxılan 4 türk əsgərlə bağlı yeni xəbər ortaya çıxıb. Bəlli olub ki, onların geri qaytarılmasında BDP-nin rolu olub. «Sabah»ın yazdığına əsasən, BDP-nin Diyarbəkir vilayət bölməsinin sədri Zübeydə Zümrüd həmin əsgərləri PKK yaraqlılarının əlindən alaraq Licə icra orqanlarına təhvil verib. Bu barədə xəbəri hərbçilərin özləri də ailələri ilə söhbətdə açıqlayıblar. Məlumatda o da deyilir ki, adıçəkilən vilayət rəhbəri BDP-yə «hərbçiləri buraxmasalar əməliyyat başlayacaq» deyərək qorxudublar. Yalnız bundan sonra BDP girovları buraxdırmaq tapşırığını verib. Bununla da parlamentdə təmsil olunan BDP-nin PKK-ya açıq-aşkar təsir göstərdiyi ortaya çıxıb.
1602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat