Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2015

Kadırov çeçen əsgərlərini Suriyaya yollayır

Çeçenistan lideri Ramzan Kadırov İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq üçün Rusiya prezidenti Vladimir Putindən Suriyaya könüllü çeçen birləşmələri göndərilməsini xahiş edib.

Kadırov artıq İŞİD-ə qarşı vuruşmaq üçün çeçen hərbi qüvvələrinin hazır olduğunu bildirib.

“Mən sadəcə bunu demirəm. Mən bir müsəlman, çeçen və Rusiya vətənpərvəri kimi bildirirəm ki, 1999-cu ildə respublika bu şeytanların əlinə keçəndə, biz Qurana and içdik ki, yerlərindən asılı olmayaraq, həyatımızın sonunacan onlara qarşı mübarizə aparacağıq. Mən xahiş edirəm ki, bizə ora gedərək bu əməliyyatda iştirak etməyə icazə versinlər,”

Çeçenistan liderinin fikrincə, “Suriyadakı terrorçular” çeçen əsgərlərin gəldiyindən xəbər tutduqda, oranı tərk edəcəklər. Kadırov əlavə edib ki, qərar ölkə prezidenti və ali baş komandan Vladimir Putin tərəfindən verilməlidir.

“Biz onları tanıyırıq, onları burda da məhv etmişik, biz onlarla vuruşmuşuq və onlarda bizi tanıyırlar. Əgər Çeçenistan hərbçilərinin Suriyada vuruşmasına icazə verilsə, bu onlar üçün bayram olacaq”- deyə o vurğulayıb./ans/
559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber