Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2015

Kris Harper sinif otağına daxil olaraq insanları gülləboran edib

ABŞ-da növbəti qanlı hücum törədilib.

Amerika Birləşmiş Ştatları daha bir məktəbdə qətliamına şahidlik elədi. Oreqon ştatında silahı ilə kollecdə daxil olan şəxs əvvəlcə sinif otağında gizlənib. Daha sonra dərs otağına daxil olanlara atəş açaraq 9 nəfəri öldürüb, 7 nəfəri ağır yaralayıb.

Sonra onunla polis arasında silahlı insidet yaşanıb və polisin açdığı atəşlə silahlını da öldürüb.

Kollecinin tələbəsi Sara bu dəqiqiə hisslərinin çox qarışıq və həyəcanlı olduğunu deyir: “Baş vermiş hadisə məni çox üzüb. Kollecə yeni qəbul olmuşdum və ilk günlərin çox gözəl keçəcəyini gözləyirdim, ancaq sonra məlum insident baş verdi. Mən artıq uzun müddət ora qayıtmaq istəmirəm”.

Hücumdan sonra polis digər şübhəlilərin olub-olmadığını öyrənmək məqsədilə tələbələrin üzərində və çantalarında axtarış aparıb.

Hadisədən dərhal sonra Ağ Ev rəhbəri Barak Obama da canlı yayıma çıxaraq ölkədə silah qanunvericiliyi ilə bağlı dəyişikliklər aparmağın vacib olduğunu söylədi:

“Bu cür hallar, demək olarsa, gündəlik hal alıb. Bu cür xəbərlər, mənim bu cür insidentlərə bu kürsüdən reaksiyam və sonrakı müzakirələrə gündəlik hal alaraq adiləşib. Biz belə hallar qarşısında aciz qalmışıq”.

Olanlardan üzüldüyünü deyən Ağ Ev rəhbəri ABŞ-ın belə kütləvi qətliamlar qarşısında getdickə acizləşdiyini vurğulayıb.

2012-ci ilndə də məktəbə edilən silahlı hücum nəticəsində Konnektutda 26 nəfər dünyasını dəyişmişdi.

Statistika göstərir ki, təkcə son bir ildə 294 silahlı hücum həyata keçirlib. Maraqlidir ki, Birləşmiş Ştatlarda əhalidə 300 milyondan artıq silah var.

Təkcə Texas ştatında olan silahların sayı bütün Avropa əhalisinin əlində olan silahdan coxdur./ans/
475 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...