Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2015

Poroşenko və Putin bir-birinin əlini belə sıxdı

Ukrayna Prezidenti Pyotr Poroşenko Parisdə “Normand dördlüyü” görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin əlini sıxıb.

Bu barədə Fransa Prezidenti Fransua Olland özünün İnstaqram səhifəsində yerləşdirib.

“Angela Merkel, Vladimir Putin və Pyotr Poroşenko ilə Ukraynadakı situasiyanı müzakirə edirik”, – yazıb Fransa lideri.

Əlsıxma zamanı Putin gülümsəsə də, Poroşenkonun sifətində ciddilik olub. Fotodan görünür ki, onları buna Almaniya kansleri sövq edib – hər ikisinin əlini tutmaqla.

Xatırladaq ki, Ukrayna (Krım) böhranı yaranandan sonra bu, Putinlə Poroşenkonun ikinci əlsıxmasıdır. Birinci belə hal bu ilin fevralında Minsk anlaşmasının imzalanmasından öncə qeydə alınmışdı.
586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP