Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2015

Dünya əhalisinin yarısı bu 5 ölkədə yaşayır

7,3 milyard əhaliyə sahib dünyada insanların təxminən yarısı Çin, Hindistan, ABŞ, İndoneziya və Braziliyada yaşayır.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu və Dünya Bankının məlumatında deyilir.

1960-cı ildə təxminən 3 milyard olan dünya əhalisi 1970-ci ildə 3,7, 1980-ci ildə 4,4, 1990-cı ildə 5,3, 2000-ci ildə 6,1, 2010-cu ildə 6,9 milyard nəfərə çatıb. 2050-ci ildə dünya əhalisinin 9 milyarda çatacağı gözlənilir.

Çin 1 milyard 366 milyon nəfərlə dünya əhalisinin təxminən 20 faizinə sahibdir. Hindistan 1 milyard 251 milyonla ikinci (17,4 faiz), ABŞ 321 milyonla (4,4 faiz) üçüncü, İndoneziya 255 milyonla dördüncü, Braziliya isə 204 milyonla beşinci yeri tutur.

Çin, Hindistan, ABŞ, İndoneziya və Braziliyanın ümumi əhalisi dünya əhalisinin 47 faizini təşkil edir.

Əhali sayına görə sonrakı yerləri Pakistan (199 milyon), Nigeriya (181,6 milyon), Banqladeş (169 milyon), Rusiya (141,5 milyon) və Yaponiya (126,9) tutur.
781 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber