Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2015

“Onlar homoseksualizmi təbliğ edir” — Xalq artistindən ittihamlar

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik Oda teatrının tərəfindən məhkəməyə verilməsi məsələsinə münasibət bildirib.

Aktyor AzNews.az açıqlamasında bildirib ki, ODA teatrı ondan üzr istəməlidir: “Mən kimi təhqir etmişəm? Mən onlardan yox, onlar məndən üzr istəsinlər. Azərbaycan qızlarını “soyunun” şüarı ilə əxlaqsızlığa çəkirlər. Qoy versinlər məhkəməyə, görün mən onların başına nə oyun gətirəcəyəm”.

R.Məlik qeyd edib ki, ODA teatrı Azərbaycanda hemoseksualizmi təbliğ edir: “Bu nə deməkdir? Bura onlar üçün nə Danimarkadır, nə Hollandiya. Bura Azərbaycandır, onun tarixi ənənələri, milli dəyərləri var. Onlar kimdir? Ümumiyyətlə, o teatrın lisenziyası varmı? Onun nə ixtiyarı var tamaşa qoysun? Fəaliyyət göstərmək üçün Mədəniyyət və Turizm Nazirliyindən icazə almalıdırlar”.

Xalq artisti vurğulayıb ki, məhkəmədə ODA teatrının rəhbərliyindən 50 min manat təzminat tələb edəcək: “O məni məhkəməyə verir. Qoy versin. Mən məhkəmədə ODA-dan 50 min manat təzminat tələb edəcəyəm və həmin pulu şəhid ailələrinə paylayacağam”.

Qeyd edək ki, ODA teatrı Xalq artisti Ramiz Məliki məhkəməyə verdiyini bildirib. Teatr buna səbəb kimi aktyorun ODA-ya qarşı əxlaqsızlıq ittihamları səsləndirməsini göstərib.
483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51</