Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

İraqda terror aktları: 21 ölü, 31 yaralı

İraqın Diyalə, Səlahəddin, Mosul və Bağdad şəhərlərində təşkil edilən bombalı və silahlı hücumlar nəticəsində 21 iraqlı ölüb, 31 nəfər də yaralanıb, - DHA.

Diyalənin mərkəzindəki Bakubada bir kafenin qarşısında bomba yüklü maşının partladılması nəticəsində 13 nəfər ölüb, 20 nəfər də yaralanıb. Yaralılar hadisə yerinə gələn təcili tibbi yardımlarla müxtəlif xəstəxanalara aparılıb. Hücum nəticəsində həyatını itirən və yaralananların hamısının mülki vətəndaşlar olduğu açıqlanıb.

Paytaxt Bağdadın şimalındakı Əl Muşahədə qəsəbəsindəki polis bölməsi yaxınlığında saxlanılan bomba yüklü maşının partladılması ilə 3 polis həyatını itirib. Aralarında vətəndaşların da olduğu 11 nəfər yaralanıb./deyerler/
1430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı