Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2015

Britaniyadan AB-yə son xəbərdarlıq: “Çıxırıq”

Əgər Avropa Birliyi reformlar keçirməsə, Böyük Britaniya bu təşkilatdan çıxacaq.

Bunu “Deyli Teleqraf” qəzetinə müsahibəsində Böyük Britaniyanın Xarici İşlər naziri Filip Hammond söyləyib. Onun sözlərinə görə, əgər bu addım atılsa, o zaman hər bir britaniyalı hökuməti müdafiə edər:

“Mən özüm Avropa Birliyindən çıxmağın tərəfdarı deyiləm. Lakin Avropa Birliyi anlamalıdır ki, Britaniya onsuz da yaşaya bilər”.

Qeyd edək ki, rəsmi London Brüsseldən Avropa Birliyi ölkələrinin parlamentlərinə miqrasiya məsələlərində geniş səlahiyyət verilməsini, üstəlik, milli hakimiyyətlərin gücləndirilməsini tələb edir.
596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27