Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2015

Marqarinin ziyanı. Bilməniz vacibdir!

Marqarini XIX əsrdə fransız kimyəçi icad edib.
Bu icadın əsas məqsədi kasıb əhalini ucuz "yağla" təmin etmək idi. O vaxtlar marqarinin orqanizmə olan ziyanı haqqında heç kim fikirləşmirdi, əsas məqsəd insanları bir təhər doydurmaq idi.
Müasir cəmiyyətdə üstünlük sağlam təbii qidalanmaya verilir. Marqarinin isə sağlam və təbii qidalanma ilə heç bir əlaqəsi yoxdur.
Marqarin ən ucuz bitki yağlardan hazırlanır. Hazırlanma zamanı duru yağlar xüsusilə emal olunur ki, nəticədə onlar kərə yağına oxşar konsistenisya alır. Bu kimyəvi reaksiyalar nəticəsində ziyanı bütün dünyada təsdiq olunmuş trans-piylər əmələ gəlir. Bu trans-piylərin daim qəbulu orqanizmin ürək-damar, sinir, immun, cinsiyyət sistemlərinə, mübadilə proseslərinə çox mənfi təsir edir, şəkərli diabetin və hətta onkoloji xəstəliklərin inkişafının riskini artırır. Trans-piylər orqanizmə hüceyrə səviyyəsində mənfi təsir edir, həzm sisteminin fəaliyyətini pozur, qanda xolesterinin səviyyəsini qaldırır. Trans-piylərin daim qəbulu artıq çəkinin yığılmasına səbəb olur.
Belə hesab olunur ki, uzun müddət və çoxlu miqdarda marqarin qəbul edən kişilərdə spermanın keyfiyyəti düşür, potensiya azalır.
Həmçinin xoş iy və xarici görünüş vermək və saxlanma müddətini artırmaq üçün marqarinə xüsusi kimyəvi maddələr əlavə olunur ki, bu maddələr də insanın sağlamlığına ziyan vurur.
Nəzərinizə çatdıraq ki, marqarin "fast-food" qidaların, dükanlarda satılan müxtəlif peçenyelərin, vaflilərin, tortların, pirojnaların, dondurmanın, ucuz şokoladın və s. məhsulların hazırlanmasında istifadə olunur. Bu məhsulları tez-tez və çoxlu miqdarda yemək olmaz.
Marqarin uşaqlara böyüklərlə müqayisədə daha ziyanlıdır. Bu səbəbdən uşaqlar üçün qidalar, şirniyyatlar və s. hazırladıqda marqarindən istifadə etmək olmaz./Saglamolun/
745 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber