Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2015

Avtomobillərə qadağa etiraz doğurdu

Oktyabrın 3-də Bakının Nizami rayonunda yerləşən «Laçın» Ticarət Mərkəzinin qarşısında avtomobil saxlanmasına qoyulan qadağa etiraza səbəb olub.

Mərkəzdə çalışanlar buna etiraz olaraq aksiya keçiriblər.

Hadisənin şahidi Kamran Əsədovun AzadlıqRadiosuna verdiyi məlumata görə, etirazçılar bildiriblər ki, avtomobillərin girişinə qadağa onların işinə ciddi problem yaradıb: «Deyirdilər ki, mal gətirirlər, alıcılar gəlir, alver edirlər. Aldıqları malı 100-200 metr aralıda saxladıqları maşına nə ilə aparsınlar? Bu, ciddi narazılıq yaratmışdı».


Olay yerinə Nizami rayon rəhbərliyinin gəldiyi və yaranmış problemlə bağlı razılıq əldə olunduğu bildirilir.
Nizami rayon İcra Hakimiyyətindən iş günü olmadığı üçün sualımıza cavab ala bilmədik. ​
518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10