Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2015

Ukrayna ordusu texnikanı geri çəkməyə başladı

Ukrayna Silahlı Qüvvələri texnika və 100 mm-dən az kalibrli silahların təmas xəttindən geri çəkilməsi prosesinə başlayıb. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə antiterror əməliyyatın mətbuat mərkəzi məlumat yayıb.

“Ukrayna hərbçiləri ATƏT missiyasının nümayəndələri ilə təmas xəttindən azı 15 km geri çəkiləcək silahların siyahısını tərtib etməyə başlayıb”, deyə məlumatda bildirilir.

Silahların geri çəkilməsi 41 sutka davam edəcək. Söhbət tək 100 mm-dən az kalibrli silahlardan deyil, həmçinin tanklar və minaatanlardan da gedir.

Silah və texnikanın geri çəkilməsi Minsk sazişləri ilə razılaşdırılmış müddət ərzində mərhələləri şəkildə beynəlxalq müşahidəçilərin tam nəzarəti və atəşkəs rejiminə riayət olunması şəraitində həyata keçiriləcək.
485 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23