Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2015

Suriyada silahlılar kütləvi şəkildə təslim olur

Suriyanın Dəraa əyalətində son bir neçə gün ərzində 700 silahlı və axtarışda olan Suriya vətəndaşları hökumət qüvvələrinə təslim olub. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, həyata keçirilən milli barışıq dövlət proqramı çərçivəsində 450 suriyalı silahlı və barələrində axtarış elan edilən 250-dək sakin silahı yerə qoyaraq dinc həyata dönməyə qərar verib. Təslim olan silahlıların üzərində avtomat, pulemyot və snayper tüfəngi olub.

Qeyd edək ki, həyata keçirilən milli barışıq dövlət proqramı çərçivəsində hökumət silahlılara silahı verməyi və reabilitasia kursu keçdikdən sonra dinc həyata dönməyi təklif edib./apa/
548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:22