Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Oktyabr 2015

Putin Suriyada ABŞ qırıcılarının uçuşunu məhdudlaşdırdı

Rusiya hərbi qüvvələri Suriyanın Lazkiyə bölgəsində hərbi baza yaradaraq buraya 2 ədəd havadan müdafiə sistemləri quraşdırıb. Havadan müdafiə sisteminin hədəfinin bölgədə əməliyyatlar keçirən koalisiya qırıcıları olduğu bildirilir. Belə ki, bölgədəki İŞİD-in və rejim müxaliflərinin hərbi aviasiyaya sahib olmadıqları, Bəşər Əsədin isə Rusiya ilə müttəfiq olduğu qeyd edilib. Bu təqdirdə rusların havadan müdafiə sistemlərindən istifadə etməsi üçün tək variant qalır. O da ABŞ və NATO önçülüyündəki koalisiya qırıcı təyyarələri.

NATO ordu generalı Filip Bridlav bu sistemlərin hədəfinin İŞİD olmadığını bildirib: “Ruslar burada defacto uçuş üçün yasaqlı bölgə yaradıblar. Burada quraşdırdıqları havadan müdafiə sistemləri böyük texniki imkanlara malikdir. Təbii ki, bunlar İŞİD-lə mübarizə üçün yox, başqa məqsədlə gətirilib.”

Rəsmi pentaqon da ABŞ-la Rusiya hərbi aviasiyasının Suriya hava sahəsində gərginliyə səbəb olacaq uçuşlar həyata keçirməmək üçün danışıqlara başladıqlarını açıqlayıb. ABŞ mətbuatı bu bəyanatı Rusiyanın uçuşa yasaq bölgəsinin ABŞ tərəfindən qəbul olunması kimi şərh edib.

Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb.
529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber