Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

60 uçuş, 50 hədəf: Rusiya hava zərbələrini intensivləşdirəcək

Rusiyanın Suriyadakı təyyarələri sentyabrın 30-dan 60 dəfə uçuş həyata keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi general Andrey Kartapolov belə deyib. Onun sözlərinə görə, Rusiya Suriyada hava zərbələrini bir az da intensivləşdirməyi planlaşdırır.

“Biz nəinki hava hücumlarını davam etdirəcəyik, hətta onların intensivliyini daha da artıracağıq”, - general əlavə edib.

O, hücumlarda İŞİD-in 50-dən artıq obyektinin hədəfə alındığını söyləyib. Kartapolov təxminən 600 yaraqlının öz mövqeyini tərk edərək, Avropaya qaçmağa çalışdığını da bildirib.
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP