Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Fransa ordusu 2 əsgərini itirdi

Fransa ordusu Mərkəzi Afrika Respublikasında (MAR) apardığı əməliyyatlar zamanı itki ilə üzləşib. Paytaxt Banqi şəhərində yerli döyüşçülərə qarşı əməliyyat zamanı 2 fransız əsgər öldürülüb.

Hadisənin hansı şəriatdə baş verməsi açıqlanmasa da, əsgərlərin dünən axşam həlak olduqları bildirilir. Bu arada Cənubi Afkrika Respublikasında səfərdə olan prezident Fransua Olland və XİN rəhbəri Loran Fabiusun Banqi şəhərinə gəlişi gözlənilir.

Məlumat üçün bildirək ki, BMT-nin Təhlükəszilik Şurası MAR-da döyüşçülərin zərərsizləşdirilməsi üçün Fransa və Afrika İttifaqının qoşunlarına daxil olmağa icazə verib. Fransa bu ölkəyə 1,6 min, Afrika Birliyi isə 2,5 minlə təmsil olunur. ABŞ da Mərkəzi Afrikada keçirilən əməliyyatlara nəqliyyat dəstəyi göstərir./faktxəbər/
1549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber