Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

İŞİD Palmirada Zəfər tağını partlatdı

İŞİD terror təşkilatının döyüşçüləri Suriyanın Palmira şəhərində antik Zəfər tağını məhv ediblər.

İŞİD-in növbəti vandalizm aktı haqqında “As-Safir” xəbər portalı bildirib.

Üç hissədən ibarət Zəfər tağı eramızın II əsrində tikilib. İyirmi metr hündürlüyü olan tarixi abidənin partladılması üçün döyüşçülər böyük miqdarda partlayıcı maddədən istifadə ediblər.

Qeyd edək ki, İŞİD Palmira şəhərini ələ keçirəndən sonra buradakı antik əsərləri satmağa başlayıb. Satılması mümkün olmayan abidələr isə məhv edilir. İŞİD bu ilin iyul ayında altı qədim heykəlin məhv edilməsi ilə bağlı görüntüləri sosial şəbəkələrdə dərc edib.
589 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber