Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

İordaniya da qan gölünə çevriləcək: 3 min İŞİD-çi bu ölkədə

“İslam dövləti”, “Əl-Nüsrə” cəbhəsi, “Ceyş əl-Yarmux” radikal qruplaşmalarının 3 mindən çox üzvü Bəşər Əsədin hərbi hücumları və Rusiya hərbi hava qüvvələrinin atəşlərindən qorunmaq üçün Suriyadan İordaniyaya qaçıb.

Bu barədə RİA Novosti məlumat yayıb.

Mənbənin məlumatına görə, Suriya ordusu oktyabrın 4-də Dəməşq yaxınlığında terrorçuların olduqları ərazini bombalayıb. Bombardman nəticəsində 160 silahlının öldürüldüyü xəbər verilir.

Hərbi qüvvələr Palmira və Xüms vilayətlərini artilleriya atəşinə tutublar. Nəticədə İŞİD-in 17 silahlısı öldürülüb. Bundan başqa “Əl-Nüsrə” cəbhəsi, “Kətaib Əl-Fərux”, “Əxrar əş-Şam” cəbhələrinə də zərbələr endirilib.

Qeyd edək ki, daha əvvəl İŞİD-lə mübarizəyə kömək üçün Suriya prezidenti Bəşər Əsəd Moskvadan yardım istəmişdi.
637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27