Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

Tramp Əsədin getməsinə qarşı çıxdı

Amerikalı milyarder, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki,

Səddam Hüseyn və Müəmmər Qəddafi devrilməsəydi, Yaxın Şərqdə vəziyyət daha stabil olardı.

Tramp bütün bunlara ABŞ-ın yanlış siyasətinin səbəb olduğunu deyib: «Liviyaya nəzərə yetirin. Görün, biz orada nələr törətmişik?! Orada xaosdur. Səddam Hüseynə və İraqa baxın. Orada nələr törətmişik?! Yenə xaos.

Bəşər Əsəd devrilsə, eyni şey Suriyada təkrarlanacaq. ABŞ Əsədə qarşı çıxır, amma onun əvəzinə real olaraq kimi dəstəklədiyini bilmir. Bəlkə də o adamlar Əsəddən daha pisdilər».

Tramp Rusiyanın İŞİDİ bombardman etməsindən olduqca məmnun qaldığını da bildirib: «Putinin İŞİDİ bombardman etməsi çox xoşuma gəlir.

Putin İŞİD-dən azad olmalıdır. Çünki bu qruplaşmanın Rusiyaya qədər gəlib çıxmasını istəmir»./stratreg/
553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:53