Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

Masallıda maskalı şəxslər 80 yaşlı ər-arvadın evinə basqın edib

Masallı rayonunda naməlum maskalı şəxslər evə basqın ediblər.

Hadisə ötən gecə saat 4 radələrində Binə Xocavər kəndində qeydə alınıb.

Maskalı şəxslər, kənd sakinləri - 80 yaşlı Yafər və Rübabə Məmmədovaların yaşadıqları evə daxil olub, onların əl-qolunu bağlayıb, zor tətbiq edib, pul, qızlı tələb ediblər.

Pul tapa bilməyən maskalılar qadının üzərində və evdə olan zinət əşyalarını götürüb qaçıblar.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında əməliyyat-istintaq qrupu yaradılıb. Həmin şəxslərin tapılması istiqamətində iş aparılır./apa/
599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber