Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

“Ölkədə insan haqlarının vəziyyəti keçən illər ilə müqayisədə daha da pisləşib”

İlqar İbrahimoğlu: “Ölkədə insan haqlarının vəziyyəti keçən illər ilə müqayisədə daha da pisləşib”

10 dekabr - dünyada Beynəlxalq İnsan Haqları Günü qeyd olunur.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu Deyerler.org-a açıqlamasında bildirib ki, Azərbaycanda insan haqlarının vəziyyəti keçən illərlə müqayisədə daha da pisləşib: “İnsan haqları və azadlıqları ilə bağlı məhdudiyyətlər daha da artıb. Əvvəl heç olmasa hakimiyyət tərəfindən bu sahədə müəyyən imitasiyalar görünürdüsə, son illərdə artıq imitasiyalar da olunmur.

Birmənalı olaraq ən kobud şəkildə hüquq və azadlıqlar tapdanır və repressiyalar da günü-gündən artır. Ümumilikdə bu gün Azərbaycanda insan haqları müdafiə sisteminin özünün bir təsisat kimi qorunub, mövcud olması ciddi bir müzakirə mövzusudur.

Hər halda düşünürük ki, bu gün ölkədə hüquq müdafiə sisteminin müəyyən elementləri qalmaqdadır. Səfərbər olub bu istiqamətdə bir işlər görülməlidir. Ölkənin gələcək inkişafı hamılıqla bu gün görülən işlərdən asılıdır”.
1769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı