Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

İraqda 90 min insan ölüb və minlərlə insan yaralanıb

2013-cü ildən etibarən iraqda terror qurbanları: 90 min insan öldü və minlərlə insan yaralandı

İraqda 2013-cü ildən etibarən İŞİD terrorçuları və BƏƏS üzvlərinin hücumlarında 90 min iraqlının öldüyü və yaralandığı irəli sürülüb.
İraq İnsan Haqları Komissiyası üzvlərindən Fazil Qəravi açıqlama verərək, İŞİD və BƏƏS ünsürlərinin 2013-cü ilin yanvar ayından etibarən həyata keçirdiyi hücumlarda 89 689 nəfərin öldüyü və yaralandığını qeyd edib.
Qəravi, həmin dövrdə həyata keçirilən terror aktlarında 27 165 nəfərin öldüyü və 61 519 nəfərin də yaralandığını vurğulayıb.
Diyalə, Mosul, Samirra, Bəyci, Cəlulə, Xanəqeyn, Bəşir, Əmirli və Tuzhormato İŞİD və BƏƏS ünsürlərinin bomba yüklü vasitələr və ya intihar hücumları təşkil etdiyi hücumlarda ən çox itki verən ərazilər olub.
Digər tərəfdən, İraqın könüllülərinin birləşdiyi Əl-Haşduş Şabi qüvvələrinin yüksək rütbəli komandirlərindən Muin Kazımi dünən İRNA-ya açıqlama verərək, İraq qoşunlarının yaxın vaxtlarda İŞİD terrorçularına qarşı ölkənin daxilində əməliyyata başlayacağını bildirib. O, bu əməliyyata ABŞ quru qoşunları başda olmaqla heç bir xarici qüvvənin qatılmayacağını söyləyib./deyerler/
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP