Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

Goranboy sel içində – Foto

Goranboy rayonuna güclü leysan yağıb.

Ötən gecə saat 03.40-da Goranboyda yağan güclü leysan rayon ərazisindən axan Qaraçay çayında suyun səviyyəsini 4 metrədək artırıb. Rayonun Veyisli, Səfikürd kəndlərində yaşayış evlərinin zirzəmilərinə su dolub.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elçin Cahangirovun verdiyi məlumata görə, gecə saatlarında rayonun bütün qüvvələri səfərbər edilib, çayda daşqının qarşısı alınıb.

E. Cahangirov bildirib ki, güclü leysan nəticəsində evlərin zirzəmisinə dolan su FHN-in yerli qurumlarının iştirakı ilə təmizlənib./apa/







858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı