Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

Ərdoğanın oğlu İtaliyaya qaçdı – Şok iddia

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan silahlı mühafizəçilərlə birlikdə İtaliyaya qaçıb.

Bunu Tvitterdə Türkiyə hökuməti və Prezident Ərdoğan barəsində gizli məlumatlar yayan Fuat Avni yazıb.

O, Prezident Ərdoğanın bu iş üçün Xarici İşlər naziri Firidun Sinirlioğlunu məsul etdiyini bildirib:

“Bilal 27 sentyabrda İtaliyaya getdi. O, 1 noyabr parlament seçkisinə qədər İtaliyada qalacaq. Seçkinin nəticəsinə görə onunla bağlı qərar veriləcək. Bilalın qaçırılmasına səbəb PKK ilə aparılan sülh danışıqlarıdır. Bu danışıqlarla bağlı vətənə xəyanət üzrə cinayət işi açıla bilər. Plana görə, əvvəlcə pullar ölkədən çıxarılacaq, sonra ailəsi və özü qaçacaq”./axar/
655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:35