Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

Bəşər Əsəd: “Rusiya Yaxın Şərqi xilas edəcək”

Suriya Prezidenti Bəşər Əsəd Rusiya Hava Qüvvələrinin ölkəsində həyata keçirdiyi hava hücumlarını dəstəkləyir.

“USA Tudey” xəbər verir ki, Əsəd bu addımı Yaxın Şərqi terrorizmdən xilas etmək üçün atılan addım kimi qiymətləndirir.

Prezident həmçinin ABŞ-ın rəhbərliyi ilə yaradılan koalisiyaya da münasibət bildirib. Onun fikrincə, bu koalisiya Suriyadakı qeyri-stabilliyi meydana gətirən əsas səbəblərdən biridir:

“Qərb ölkələri suriyalıların ölkədən kütləvi köçünə şərait yaradır. Bu böyük böhranlara və problemlərə səbəb olacaq. Bütün dünya İkinci Dünya müharibəsindən sonra yaranan dəhşətli böhranın şahidi olub.

Rusiya hərbi qüvvələri isə İranın və Suriyanın dəstəyi olmaqla böyük uğur əldə edəcək. Rusiya Yaxın Şərqi terrorizmdən xilas edəcək”.
601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 20:21