Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

Bu il 2158 şəkərli xəstə ölüb

Azərbaycan “şirin ölüm” üzrə 127-cidir

“Azərbaycanda hazırda183 196 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Qeydiyyatda olan şəkərli diabet xəstələri arasında azyaşlılar da var. Azərbaycan bu xəstəliyin yayılmasına görə 221 ölkə arasında 127-ci yerdədir”.

Bunu Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov nazirliyin rəsmi internet səhifəsində əhalinin suallarını cavablandırarkən bildirib.

Virtualaz.org saytının verdiyi məlumata görə, mərkəz direktoru xəstəlikdən ölüm göstəricisindən danışıb: “Bu ilin əvvəlinə olan məlumata görə, 2158 şəkərli xəstə dünyasını dəyişib. Xəstəlikdən ölənlərin 1148 nəfəri qadınlardır”.

Mərkəz direktoru bildirib ki, düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi şəkərli diabetin yaranmasına səbəb olur: “Ölkədə şəkərli diabet xəstəliyində artım müşahidə olunur. Bundan əlavə illərlə qeydiyyata düşməyən diabet xəstəsi də qeydiyyata düşür. Ümumiyyətlə isə artıq çəki, stress, qorxu , həyəcan, qeyri-sağlam həyat tərzi, siqaret və alkoqollu içkilər xəstəliyin yaranmasına səbəb olur. Şəkərli diabet tip bir xəstəliyi əsasən uşaqlarda və gənclərdə yaranır. Bunun səbəbləri hələ də elmə məlum deyil. Lakin soyuqdəymə, virus bu tip xəstəliyin yaranmasına səbəb ola bilər”.
1716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber