Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2015

Puşkov: “ABŞ xəstəxanaları bombalayır”

Dövlət Dumasının beynəlxalq işlər üzrə Komitəsinin sədri Aleksey Puşkov ABŞ-ı xəstəxanaları bilərəkdən bombardman etməkdə ittiham edib.

RİA xəbər verir ki, Puşkov rəsmi Tvitter hesabında ABŞ-ı bilərəkdən dinc vətəndaşların və sosial infrastruktur obyektlərinin olduğu yerləri bombalamaqda günahlandırıb:

“ABŞ Rusiyanın Suriyada İŞİD-ə qarşı reallaşdırdığı hava zərbələrini tənqid edir, özü isə Əfqanıstanda dinc vətəndaşları və xəstəxanaları bombalayır”.

Xatırladaq ki, bir müddət öncə Əfqanıstanın Kunduz vilayətinə ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində 9 adam ölüb, 37 nəfər xəsarət alıb, onlardan 19-u MSF ( Beynəlxalq “Sərhədsiz Həkimlər” təşkilatı) əməkdaşıdır./axar/
660 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu