Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

Qırğızlar YAP hakimiyyətini necə utandırdı?

Ölkədə şəffaf seçki keçirildi və hakim partiya 27 faiz səs yığdı

YAP hakimiyyəti Azərbaycanın adını bütün sahələr üzrə sonuncu yazdırmaqda israrlıdır. Təbii ki, korrupsiyada, siyasi məhbus məsələsində, təhsilsizlikdə, hüquqsuzluqda, ofşor zonalardakı oğurluq pulların miqdarında Azərbaycan ön sıraları tutur. Amma uzun illərdi şəffaf seçki, insan haqları, söz azadlığı və digər məsələlərdə hakimiyyət ölkəmizi “autsayder”lər sırasında qərarlaşdırıb.

Faciə burasındadır ki, artıq Azərbaycana müsbət nümunələri təkcə Avropa ölkələri deyil, bəyənmədiyimiz, “geridəqalmış” adlandırdığımız ölkələr də göstərir.


Əvvəlcə keçirilən prezident seçkilərinə şahidlik etdik. Belə ki, Əfqanıstanın keçmiş prezident Həmid Karzai növbəti dəfə namizədliyini irəli sürmədi və bunun demokratiyaya zidd olduğunu göstərdi. Üstəlik, ağır vəziyyətin hökm sürdüyü Əfqanıstanda normal seçki keçirildi və bu seçkinin şəffaflığı beynəlxalq səviyyədə tanındı. Bununla Əfqanıstan hökuməti göstərdi ki, hətta at belində, əli silahlı da seçki keçirmək, vətəndaşın iradəsinə hörmət etmək və nümunə göstərmək olar. Əslində Əfqanıstanda keçirilən prezident seçkiləri, Azərbaycan hakimiyyətini silkələməli və utanc hissi yaşatmalıydı. Amma islanmışın yağışdan qorxusu olmadığı kimi, bizim hakimiyyətin də saxtakarlıqdan kompleks keçirdiyi müşahidə olunmur. Əks halda heç olmasa qonşu Gürcüstandan nümunə götürərdilər. Bu gün Gürcüstanın turizmi, səhiyyəsi yüksək səviyədə inkişaf edir, ölkədə demokratik ənənələr formalaşıb, monopoliyalar yoxdur, qiymətlər ucuzdur və hökumət xalqa xidmət edir. Üstəlik, zəngin Azərbaycanın kasıb vətəndaşları da bu ölkəyə üz tutur.

Amma Azərbaycan hakimiyyətinə müsbət nümunələrlə “şillə” vurulması bununla da bitmir. Bugünlərdə Qırğızıstanda da şəffaf seçkilər keçirildi. Bəli, Qırğızıstanda ilk dəfə olaraq “biometrik” parlament seçkiləri keçirilib. Yeni kompüter sisteminin sayəsində məntəqələr bağlanandan təxminən bir saat sonra bülletenlərin 99%-nin nəticələri açıqlanıb. Seçki məntəqələri bağlananda 45 dəqiqə sonra 6 partiyanın parlamentə düşdüyü məlum olub.

Prezident seçilənə qədər Almazbek Atambayevin rəhbərlik etdiyi Sosial-Demokrat Partiyası 27,08% səslə öndədir. Həmçinin parlamentdə müxalifət partiyaları da təmsil olunacaq.

Göründüyü kimi, hakim partiya 27.08 faiz səs toplayıb. Deməli, bu seçkidə “karusel”dən, topa bülletenlərdən, müxalifətə əngəllər törətməkdən istifadə olunmayıb. Üstəlik, parlamentə düşənlər təyinatla yerlərinə oturmayıblar. Yəni Qırğızıstanda Azərbaycan “ənənə”si təkrarlanmayıb. Bəli, bu dəfə də Azərbaycan hakimiyyətinə Qırğızıstan dərs verdi. Bu ölkədə keçirilən seçkilərdə hakim partiya 90 faizdən aşağı səs yığmır. Ancaq bütün seçkiləri ölkə vətəndaşları boykot edir, ölkə insanı mövcud hakimiyyətdən narazıdır, yoxsulluq və işsizlik səviyyəsi pik həddədir. Yəni hakimiyyətlə xalq arasında bu boyda uçurumun olduğu halda, hakim partiya “rekord” vurur. Hətta həyat şəraitinin yüksək olduğu Avropa ölkələrinin heç birində hakim partiya 50-55 faizdən artıq səs toplamır.

Əslində hər bir demokratik seçki Azərbaycan hakimiyyətinin saxtakarlığını təsdiqləyir. Bu dəfə də Qırğızıstan göstərdi ki, demokratik seçki keçirmək, sağlam rəqabət aparmaq mümkündür və ləyaqətlə məğlub olmaqda heç nə yoxdur.

Təəssüf ki, YAP hakimiyyəti Afrikanın cəngəlliklərində baş verəcək demokratik islahatlardan da nümunə götürmək iqtidarında deyil. Bu hakimiyyət üçün bütün dəyərlər satılmalıdır və şəffaflıq yolverilməzdir.

Ölkəni Əfqanıstandan, Qırğızısıtan da geriyə salıb, sonra “dünya bizə paxıllıq edir” deyirlər. Ancaq bütün dünya hökumətləri Azərbaycan hökumətinə bənzəməmək üçün real addımlar atır, dövlətin imicini düşünürlər.

Bir sözlə, “analoqsuz inkişaf” Azərbaycanı Qırğızıstan da edə bilmədi./azadlıq/
647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:35