Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

ABŞ-da daşqınlar: 12 ölü

ABŞ-ın Cənub və Şimal Karolina ştatlarında şiddətli yağışlardan sonra əmələ gələn daşqınlar nəticəsində ölənlərin sayı 12-yə çatıb.

TASS agentliyinin verdiyi məlumata görə, son beş gün ərzində Cənubi Karolina ştatında 10 nəfər təbii fəlakətin qurbanı olub. Onların əksəriyyəti qeyri-sabit hava nəticəsində yol qəzalarında ölənlərdir. Qonşu Şimali Karolinada daha 2 nəfərin öldüyü bildirilir.

Hər iki ştatda müşahidə olunan leysan yağışlara Atlantik okeanda tüğyan edən “Xoakin” qasırğası səbəb olub. Xilasedicilər yerli əhalini ən təhlükəli ərazilərdən təxliyyə etməkdə davam edir. Minlərlə insan elektrik enerji və içməli susuz qalıb.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Cənubi Karolina ştatını təbii fəlakət zonası elan edib./apa/
524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı