Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

Tehranda Səudiyyə Ərəbistanına qarşı aksiya: daha 114 cənazə gətirildi

Minadakı izdihamda ölən iranlı hacılar üçün Tehranda təşkil olunan dəfn mərasimi Səudiyyə Ərəbistanı hakimiyyətinə qarşı aksiyaya çevrilib.

Ötən gün 114 nəfərin cənazəsi Tehrana gətirilib. Bundan əvvəl isə daha 104 cənazə prezident Həsən Ruhani tərəfindən qarşılanmışdı.

Rəsmi Tehran Səudiyyə Ərəbistanı hökumətinin Həcc ziyarətini yetərincə yaxşı təşkil etmədiyini düşünür və tələb edir ki, hakimiyyət baş verən faciəyə görə cavab verməlidir.

Qeyd edək ki, Minadakı faciə zamanı 464 vətəndaşının həyatını itirdiyini açıqlayan İran Səudiyyə Ərəbistanı Krallığını beynəlxalq məhkəməyə verib.
426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber