Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

Bakıda ağır qəza: ölənlər və yaralananlar var

Gecə Bakının Suraxanı rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə zamanı 2 nəfər dünyasını dəyişib, daha 6 nəfər isə ağır xəsarət alıb.

Məlumata görə, avtoqəza Zığ-Hövsan yolunda qeydə alınıb. Şirkətlərdən birinə məxsus olduğu bildirilən “Mitsubishi” markalı avtomobili şosse ilə yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomaşın aşıb. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb, daha 7 nəfər isə yaralanıb. Həmin 7 nəfərdən biri 48 yaşlı Eyvaz Osmanov digər yaralılarla bərabər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Yaralı xəstəxanada dünyasını dəyişib.

Digər 6 nəfər - 37 yaşlı Mehdi Əlihüseynov, 38 yaşlı Dadaş Ağayev, 44 yaşlı Mehman Məhərrəmov, 55 yaşlı Elşən Dəmirov, 26 yaşlı Bəxtiyar Qəribov və 25 yaşlı Zahid Zeynalov hazırda 3 saylı Şəhər Klinik Xəstəxasnasının reanimasiya şöbəsində həkim nəzarəti altındadır.

İlkin ehtimala görə, qəzaya yüksək sürət və yağışlı hava şəraiti səbəb olub. Faktla bağlı araşdırmalara başlanılıb. Hadisə yerində ölənin şəxsiyyəti dəqiqləşdirilir./ans/
705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı