Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

"Rusiyanın Suriyadakı əməliyyatları ölkənin suverenliyini pozmur"

"Rusiyanın Suriyadakı hərəkətləri "yaxşı hazırlanıb, buna Moskva və Dəməşq arasında mövcud olan sıx qarşılıqlı münasibətlər şərait yaradıb".
Bunu Suriya baş nazirinin müavini və xarici işlər naziri Valid Muallim bəyan edib.
"Rusiya ciddi şəkildə BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində hərəkət edib, o Suriyaya ölkə hakimiyyətinin xahişi ilə gəlib", - deyə XİN rəhbəri qeyd edib.
Nazirin sözlərinə görə, "bu addım Suriyanın müstəqilliyini pozmur, Rusiya Suriyanın suverenliyi çərçivəsində hərəkət edir".
"Rusiya aviasiyasının zərbələri Təhlükəsizlik Şurasının terror təşkilatı hesab etdiyi "İraq-Şam İslam Dövləti" (İŞİD), "Cəbhat ən-Nüsra" və "Əhrar əş-Şam" qruplaşmalarına qarşı yönəlib", - deyə o bildirib.
Muallim iddia edir ki, "bu gün Rusiya Hava-Kosmik Qüvvələrinin əməliyyatlarına Suriyada münaqişənin qızışdırılmasının arxasında duran ölkələr etiraz edirlər. Bunlar ABŞ, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərdir".
509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33