Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

Zibilə batan Bakı sakinləri

“Nizami Rayon İcra Hakimiyyəti bilmir ki, biz hansı şəraitdə yaşayırıq...”

Bunu virtualaz.org saytının reportyorlarına açıqlamasında çətinliklə qarşı yola keçmək istəyən sakinlərdən biri deyir.

...Bakı Neft Emalı Zavodunun yaxınlığından başlayan dəmiryol xətti Nəvai küçəsinə kimi uzanır. Amma çoxları buranı “dəmir yolu zibilxanası” kimi tanıyır. Yaxınlıqda ard-arda düzülən maşın təmir sexlərinin tullantıları bu əraziyə atılır.

Evlərin qarşısından başlayan zibil qalaqları bir neçə kilometr əraziyə səpilib. Ərazidən gələn üfunət Fəhlə prospektindən tutmuş Keşlə qəsəbəsinədək hər yerdə hiss olunur. Axşamlar isə bütün məhəlləni tüstü və yanan sellofanlardan qalxan dioksin iyi bürüyür.

Bu ərazidə yaşayan sakinlər bildirir ki, zibil həftələrlə daşınmır. Buna görə də tullantıları yandırmağa məcbur olurlar.

Dəmiryol xəttinin yaxınlığında yaşayan Sahib Məmmədov deyir ki, qapı-pəncərəni açıq saxlaya bilmirlər: “Yayda iydən dözmək olmur. Hələ həşəratları, sahibsiz itləri demirik. İtləri ərazidən qovmaq üçün zibilliklərə od vururlar. Başqa yol yoxdur”.

S.Məmmədovun sözlərinə görə, küləkli havada isə vəziyyət daha da dözülməz olur. Tullantılar yaxınlıqdakı evlərin həyətinə dolur: “Qarşıdan qış gəlir. Yağış, qar zibilə qarışacaq”.

Buranın digər sakini Nazilə Heydərova isə deyir ki, bura atılmış tullantılardan onlarla maşın hazırlamaq olar: “Baxın, nələr yoxdur. Təkər, dəmir, maşın ehtiyat hissələri nə qədərdir. Mağazalar da gətirib zibillərini bura atır. Dəfələrlə demişik, amma heç kim əhəmiyyət vermir. İtlərin səs-küyündən evdə otura bilmirik. Nəfəs almaq çətindir. Zavodun yanacağını daşıyan qatarlar da burdan keçir. Bilmirik qatarın tüstüsünü udaq, yoxsa yanmış təkərin hisini”.

Sakinlər onu da deyirlər ki, bu barədə aidiyyəti qurumlara həm yazılı, həm də şifahi məlumat veriblər. Bütün təşkilatların vəziyyətdən xəbəri var. Amma heç kim maraqlanmır. Əgər bir-iki sexi və ya mağazanı cərimələsələr, tullantılar bura atılmaz.

Nizami Rayon İcra Hakimiyyətindən isə virtualaz.org saytına bildirdilər ki, bu məsələnin onlara aidiyyəti yoxdur: “Getsinlər, tullantılarını daşısınlar. İcra hakimiyyəti hər məhəlləyə nəzarətçi qoymalıdır?”

İcra hakimiyyəti üçün maraqlı olmasa da məsələnin aktuallığını səlahiyyətli şəxslərin diqqətinə bird aha, özü də fotolarla çatdırmaq istəyirik...











487 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi