Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

Snouden: “ABŞ və Britaniya kəşfiyyatı bütün smartfonları dinləyir”

ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snouden yeni açıqlamaları ilə diqqəti yenidən özünə cəlb edib. O bildirib ki Böyük Britaniyanın hökumət rabitə idarəsi (GCHQ) smartfonlara şifrəli mesajlar göndərərək bütün məlumatları əldə edə bilir.

Hazırda Moskvada olan E. Snouden bunu BBC-yə müsahibəsində deyib. Keçmiş kəşfiyyat xidməti əməkdaşı qeyd edib ki, gələn şifrəli mesajı smartfonun sahibi görmür və bundan sonra Britaniya xüsusi xidmət orqanı bütün telefon danışıqlarını, mesajları izləyir, yaddaşdakı əlaqə siyahısını görür, smartfonun internetə hansı WiFi vasitəsilə qoşulduğunu, hansı saytlara daxil olunduğunu, eləcə də smartfon sahibinin yerini müəyyən edə bilir. GCHQ bunun üçün informasiyaların ələ keçirilməsi üzrə “Smurf suite” (Smurflar komplekti) deyilən proqramdan istifadə edir.

Smurflar belçikalı rəssam Pyer Külliforun multfilmlərindəki göy rəngli məxluqların adıdır. Kəşfiyyat üçün hər “smurf” ayrı proqramdır. Məsələn, “xəyalpərəst smurf” (Dreamy Smurf) smartfonu sahibinin xəbəri olmadan işə salmaq və söndürmək üçündür. “Hər şeylə maraqlanan smurf” mikrofunu idarə edən mexanizmdir. Məsələn, telefon cibdədirsə, GCHQ mikrofonu qoşaraq bütün danışıqları dinləyə bilir, hətta telefon söndürülmüş olsa da. “Ləpirçi smurf” (Tracker Smurf) telefon istifadəçisinin geolokasiyasını yüksək dəqiqliklə izləməyə imkan verir.

Proqramın müdafiə sistemi – “Paranoid smurf” da mövcuddur ki, bu, istifadəçinin Britaniya kəşfiyyatı tərəfindən izləndiyini müəyyənləşdirməyi çox çətinləşdirir.

E. Snouden bildirib ki, GCHQ əslində ABŞ Milli Təhlükəsizlik Agentliyindən asılı strukturdur: “Texnologiyanı onlar verir, vəzifələri müəyyənləşdirir və britaniyalıların iş istiqamətini göstərir”.

E. Snouden ABŞ və Britaniya kəşfiyyatının sadə insanları izləyib-izləmədiklərini dəqiqləşdirməyib. Onun sözlərinə görə, hər iki qurum öz texnologiyasından əsasən terror və digər ağır cinayətlər törətməyə hazırlaşmasından şübhə duyulan şəxslərə qarşı istifadə edir: “Lakin məhz kimin izlənməsinə qərar verə bilmək üçün çoxlu sayda insanın məlumatları toplanmalıdır”.

Böyük Britaniya hökuməti E. Snoudenin açıqlamalarına şərh verməkdən imtina edib./lentaz/
480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı