Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

Hərbi hissədəki yanğında ölən əsgər sabah dəfn olunacaq

O, Sumqayıtın Saray kəndində torpağa tapşırılacaq

Gəncə şəhər Nizami rayon hərbi komissarı Bəhman Nəsiblinin verdiyi məlumata görə, dekabrın 4-dən 5-nə keçən gecə Ağcəbədidə yerləşən N saylı hərbi hissədə baş vermiş yanğın nəticəsində dünyasını dəyişən 1987-ci il təvüllüdlü Samir Abdullayev dekabrın 6-sı Sumqayıtın Saray kəndində dəfn olunacaq.

Samir Abdullayev 1988-ci ildə Ermənistandan qaçqın düşən azərbaycanlılardandır. Əsgərin atası Rafiq Abdullayev isə Qarabağ müharibəsi əlilidir.

Xatırladaq ki, əsgər 2008-ci ilin yanvarında Gəncə şəhər Nizami rayon Hərbi komissarlığından hərbi xidmətə çağırılmışdı./lentaz/
637 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
28.07.17, 09:31
Votsapdan yeni rekord
26.07.17, 09:28
Bakıda qan töküldü