Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

Səudiyyə vəhabi alimləri İŞİD-i “müqəddəs döyüşçülər” adlandırıldı

Səudiyyə Ərəbistanının onlarla vəhabi ruhanisi ərəb və müsəlman ölkələrini Suriyada Bəşər Əsədə, onun hamiləri olan Rusiya və İrana qarşı cihada çağırıb.

Səudiyyə vəhabiləri Suriyada aparılan cihada (İŞİD vəhşilikliyinə) mənəvi, maddi, siyasi və hərbi dəstək verməyi vacib elan ediblər.

Məlumatda qeyd olunur ki, onlayn müraciəti imzalayan təkfirçilər Səudiyyə Ərəbistanı höküməti ilə əlaqəsi olmasa da, bu mövqe Krallığın çoxlu sakinlərinin ümumi mövqeyini ifadə edir.

Vəhabi xadimlərinin dünən yayımlanan müraciətində Rusiyanın Suriyaya köməyi SSRİ-nin 1980-ci ildə Əfqanıstana müdaxiləsi ilə bərabər tutulub. “Müqəddəs döyüşüçlər (İŞİD başkəsənləri) Suriyanın islam millətini müdafiə edir. Onlara inanın və dəstək verin...”,- deyə bəyanatda vurğulanır.

Bəyanatı 53 vəhabi xadim imzalayıb. Onların arasında Səudiyyə Krallığında böyük hörmətə malik olan ruhanilər də var.
373 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11
Əsəd və Putin