Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

27 yaşlı gənc özünü asdı

Şabran rayonunda intihar baş verib. Hadisə rayonun Liman kəndi ərazisində qeydə alınıb.

Şabran rayon Prokurorluğundan bildirdilər ki, kənd sakini 1988-ci il təvəllüdlü Amil Asvar oğlu Bədəlov özünü yaşadığı evin həyətindəki tövlədən asıb.

Onun meyitini ailə üzvləri tövlədə asılmış vəziyyətdə aşkar ediblər və dərhal polis və prokurorluq əməkdaşlarına məlumat veriblər.Hələlik hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Bu hadisə gün ərzində baş verən ikinci intihardır. Bir necə saat əvvəl də Lerik rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayonun Soru kənd sakini 1995-ci il təvəllüdlü Çinarə Balamirzə qızı Novruzova yaşadığı evdə özünə boyun nahiyəsindən ov tüfəngi ilə atəş açıb. Yaralı dərhal ailə üzvlərinin köməyi ilə xəstəxanaya aparılarkən xəsarətlərinin ağırlığından yolda keçinib./ans/
403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber