Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2013

Radikal terrorçularla danışıqlar aparmaq olmaz

“Suriyalı radikal islamçılarla heç bir danışıq aparmaq olmaz.”

SalamNews-un xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT-yə müsahibəsində bildirib.

“İndi bu insanlar Suriya Azad Ordusuna deyil, daha çox dünyəvi silahlı müxalifəti təmsil edən “Əl-Qaidə”yə meyl edirlər. Bu insanlarla danışıqlar aparmaq olmaz. Bu, bizimlə yanaşı Amerikanın da qənaətidir. Biz yalnız Suriyanın suverenliyi, ərazi bütövlüyü, dünyəviliyi, çoxmillətliliyi və çoxdinliliyinin tərəfində olanlarla danışıqlar apara bilərik.”, - Lavrov belə deyib.

Rusiya XİN rəhbəri ölkəsinin Suriya ilə bağlı tərəfdaşlarının mövqe dəyişikliyinə də toxunub: “Suriyadakı real vəziyyət və həyat özü olduqca aydın şəkildə izah etdi ki, radikallar əslində bu böyük bölgəni zəbt etməyə çalışırlar. Bundan əvvəl onlara sığınan insanlar üçün indi – radikalların Suriya və ümumilikdə Şimali Afrika regionu üçün vəd etdikləri təhlükəni dərk etdikləri bir vaxtda - səhvlərini etiraf etmək çox çətindir. Bu, Con Kerri ilə görüşümüzdə açıq-aydın hiss olunurdu.”

S.Lavrov danışıqlar çərçivəsində münaqişənin həlli ilə bağlı əsas problemi Suriya müxalifəti və inqilabçı qüvvələrin ölkənin gələcək inkişaf proqramını hələ də təqdim etməmələrində görür.
1726 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:47