Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

Rusiya İraqda İŞİD-ə qarşı əməliyyatlarda iştirakını istisna etmir

"İraq hakimiyyəti tərəfindən müraciət olarsa, Rusiya İraqda İŞİD-ə qarşı əməliyyatlarda iştirakının siyasi və hərbi məqsədəuyğunluğunu nəzərdən keçirə bilər".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib.
"İraq rəhbərliyi Hərbi Hava Qüvvələrimizin hava əməliyyatlarında iştirakı ilə bağlı Rusiya Federasiyasına müraciət etdiyi halda, bunun siyasi və hərbi məqsədəuyğunluğunu nəzərdən keçirə bilərik, hələ belə müraciət daxil olmayıb, ona görə də əvvəlcədən heç bir proqnoz verməyək", - spiker bildirib.
Bir qədər əvvəl Rusiyanın İraq ərazisində İŞİD-in mövqelərinə aviazərbələr endirməsi ilə bağlı İraq hakimiyyət orqanları tərəfindən belə bir rəsmi müraciətin edilmədiyi bildirilib.
578 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP