Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

İcra Başçısı aksiyaya 400 minlik avtomobillə gəldi

Ötən gün Bakının Nizami rayonunda “8-ci kilometr” bazarının işçiləri etiraz aksiyası keçiriblər. Buna səbəb polisin bazara bitişik ərazidə avtomaşınların dayanmasını qadağan etməsidir. Avtomobillərin çoxu bazarın işçilərinindir. Onlar polisin tələbini yerinə yetirməkdən imtina ediblər.

10 gün öncə rayona icra başçısı təyin edilən Arif Qasımov hadisə yerinə gəlib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, o 90-KX-928 nömrəli Rolls-Royce Phantom avtomobili ilə gəlib. Belə avtomobilin qiyməti 400 min dollardan başlayır.


“Rayon icra başçısında bu qədər pul haradandır”, – şəbəkə istifadəçiləri yazır.

Turan agentliyi Nizami Rayon İcra Hakimiyyətinə müraciət edib. Oradan bildirilib ki, rayon rəhbərində və İcra Hakimiyyətində belə bir avtomobil yoxdur.

Eyni zamanda sosial şəbəkə istifadəçiləri bildirirlər ki, Rolls-Royce bazarın Maqsud adlı sahibinə məxsusdur./contact/
576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber