Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Oktyabr 2015

Hakimiyyətin analoqsuz “namizəd oyunu”

Yaxud, rəngsazların, montyorların, meşəbəyilərin ümidinə qalan seçki

Parlament seçkilərinə sayılı günlər qalıb. Təbii ki, heç kim bu seçkini səbrsizliklə gözləmir, cəmiyyətin gündəmində tamam başqa məsələlərdi və bu dəfə seçki Azərbaycandakı seçkilər dünya miqyasında boykot edilidi.


Amma bu dəfə tamam başqa məqama diqqət çəkmək istəyirik. Görəsən, seçkilərdə iştirak etmək üçün kimlər namizədliyini irəli sürüb? Təbii ki, qanunvericiliyə görə istənilən şəxs namizədliyini irəli sürə bilər və buna heç kim müdaxilə edə bilməz. Amma indiki mənzərə qanunvericiliyin tələbindən yox, qanunsuzluğun şaxələnməsindən yaranıb.

“Modern.az” saytı deputatlığa namizədlərin fəaliyyət növü ilə maraqlanıb və ortaya çox maraqlı faktlar çıxıb. Məlum olub ki, uşaq baxçasının tərbiyəçisi, montyor, kassir, meşəbəyi, rəngsaz, baytar, satıcı, diş həkimi, dəmiryol stansiyasında bilet satan və digər peşə sahibləri deputatlığa namizədliyini irəli sürüb.

Bəli, ölkədə seçki elə dəfn olunub ki, hökumət müqəvvalar yaratmağa məcbur olub. Yuxarıda sadaladığımız bu peşə sahibləri öz istəkləri ilə deyil, məcburiyyətdən namizədlik irəli sürüblər. Hakimiyyət seçkinin rəqabətli keçdiyini göstərmək üçün, siyasi aktivliyin artdığını iddia etməkdən ötrü belə “taktika”ya əl atıb. Təsəvvür edin ki, əksər dairələr üzrə şəxsin özü də, köməkçisi də namizədliyini irəli sürüb. Daha dəqiq desək vəzifəli şəxslərin yaxınları, tanışları, yerli icra strukturlarının ərk elədiyi adamlar namizədlik irəli sürüblər.

Beləliklə, 2015-ci ilin 1 noyabr seçkiləri Oskar mükafatına layiq görülə biləcək tragikomik filmin ssenarisi ola bilər. Artıq vəziyyət o həddə çatıb ki, yerlərdə olan təcrübəli, savadlı, intellektli, idarəetmə qabiliyyəti olan şəxslər də namizəd olmaq istəmirlər. Çünki, istənilən normal düşüncəli vətənədaş başa düşür ki, bu ölkədə deputat seçilmək üçün xalqın yox, hökumətin dəstəyini almalısan.

Hakimiyyət potensial namizədləri şərləyərək həbs etdirir, deputatlığa layiqli olan adamları kənarda qoyur və süni görüntü yaratmaq istəyir. Nəticədə millətə vəkillik etmək üçün montyordan, satıcıdan, tərbiyəçidən, meşəbəyidən istifadə edilir.

Seçkidən sonra AzTv-lər təbliğat aparacaq ki, minlərlə insan seçki morofonuna qoşuldu, seçkilər gərgin mübarizə şəraitində keçdi və filan şəxslər qalib gəldi. Bəli, həmin “filankəslərin” mandatını legitimləşdirməkdən ötrü, müşəbəyilərin, montyorların namziədliyinə ehtiyac duyulub. Bu gedişlə uşaq baxçasından, orta məktəbdən də namizədlər tapılacaq.

Amma məsələnin başqa tərəfi də var. İndiki Milli Məclisdə oturanlara baxanda, montyor da, meşəbəyi də, satıcı da, dülgər də deputat olmağa həvəslənə bilər. Millət vəkili olmaq yuxarıdan gələn tapşırıqlara “hə” deməkdirsə, illərlə parlamentdə oturub susmaqdırsa, yaltaqlıq etməkdirsə, bunu montyor da, meşəbəyi də bacarar. Yeri gəlsə, meşəyə bəylik etmək, mövcud parlamentdə vəkillik etməkdən daha çox bacarıq tələb edir.

Bir sözlə, hakimiyyətin “namizəd oyunu” sübut etdi ki, bu seçkini ancaq boykot etmək olar.

İlham Hüseyn /azadlıq
716 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı