Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2015

07 oktyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.
Axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 22-27, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 07-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, axşam mülayim qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 07-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...