Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2015

Tezliklə raketlərimizin gurultusu ucalacaq!

Nur-az.com shia-news.com-a istinadən:
İran silahlı qüvvələri üzrə məlumat bürosunun komandiri general Məsud Cəzayiri Avropa rəsmilərinin son iddia və bəyanatlarına cavab olaraq bildirib ki, İran İslam Respublikasının hərbi inkişafının dondurulması yuxusunu heç vaxt görməyəcəksiniz. Xoşbəxtlikdən, silahlı qüvvələrimizin məharət, bacarıq və hərbi potensiyasının inkişafında heç bir şübhə yeri yoxdur. Ölkəmiz, o cümlədən, regiondakı Müqavimət şər hegemon Amerika və şeytansifət sionist rejimi tərəfindən daim təhdid olunur. Odur ki, müttəfiqlərimizin və milli əmniyyətimizin təhlükəsizliyinin təmini üçün hərbi iqtidarımızı həmişə inkişaf etdirməliyik və bu isə heç vaxt hər hansı hadisənin təsiri altına düşməyəcək. Amerikalılar hələ də, regionda və bir çox ölkələrdə izlədiyi yaşıl, narıncı və digər rəngarəng çevrilişlər üzrə neçə il əvvəl bizim də, ölkəmizdə baş verən bir sıra küçə iğtişaşları və fitnəkar ünsürlərin arasında özünə yeni nəsil aramaqdadır. Halbuki onlar İran İslam İnqilabından sonra formalaşan cəmiyyətimizin mahiyyətindən tam xəbərsizdirlər… Bunu həm daxil, həm də, xaricə eşitdirmək qəsdilə deyirəm ki, gedən son müzakirələrdə hərbi müdafiə potensialımızın inkişafının qarşısını ala biləcək hər hansı akt və sazişin icrası qeyri-mümkündür. Razılıqlardan sonra da, planlarımız aydındır və tezliklə yeni sınaq raketlərimizin gurultusu hər yeri bürüyəcək…
498 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber