Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2013

İran sionist Şimon Peresə cavab verdi

İran Xarici İşlər Nazirliyinin sözcüsü Mərziyə Əfham İsrail rejiminin prezidenti Şimon Peresin İranla düşmən olmadıqları və İran prezidenti Həsən Ruhani ilə görüşməyə hazır olduqları barədə iddialarına cavab verib.

Deyerler.org-un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran XİN-inin rəsmisi Şimon Peresin bu açıqlamalarını siyasi təcriddən qurtulmaq cəhdləri ilə izah edib. “İşğal və qəsb üzərində qurulmuş sionist rejimin varlığı tamamilə qanuna ziddir. Bu rejim Fələstin xalqının tarixi torpaqlarını işğal edərək qurulub.

Bu cür açıqlamalar sözügedən rejimin dərin bir siyasi təcriddən qurtulmaq üçün istifadə etdiyi reklam xarakterli ifadələrdən başqa bir şey deyil.

Sionist rejim indi də müsəlman ölkələrində ictimai rəyi çaşqınlığa salmaq istəyir. Lakin, artıq dünya xalqları xeyli inkişaf edib və bu tərz oyunları çox yaxşı dərk edir.

Dünya xalqlarına bu rejimin açıqlamalarını ciddiyə almamağı və onların təxribatlarına uymamağa çağırırıq”, - deyə İran XİN-inin bəyanatında bildirilib.

Xatırladaq ki, Şimon Peres bu günlərdə çıxış edərək bildirib ki, onlar guya İranı düşmən olaraq görmür və Həsən Ruhani ilə görüşməyə hazırdırlar.
1610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı