Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2015

Cəlilabadda evdə partlayış: 4 nəfər yaralandı

Cəlilabadda fərdi yaşayış evində partlayışla müşayiət olunan yanğın olub. Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Valeh İsaxan oğlu Sadıqova məxsus birmərtəbəli fərdi yaşayış evindəki otaqlardan birində anidən yanğınla müşayiət olunan güclü partlayış baş verib.

Yanğın zamanı evdə yol tikintisində çalışan 10 nəfərə yaxın fəhlə istirahət edirmiş. Hadisə baş verdikdən sonra onlar evdən bayıra çıxmağı bacarsalar da fəhlələrdən 4-ü müxtlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Hadisə yerinə 3 yağınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb olunub. 3 otaq 2 eyvandan ibarət evin müəyyən hissəsi qismən yanğından mühafizə olunsa da qalan hissəsi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

İlkin ehtimala görə, yanğına elektriklə çalışan əşyalardan birində baş verən nasazlıq səbəb olub,/Report/
784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:38